AZ

Atletika üzrə ölkə birinciliyi keçiriləcək

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5-6 iyun tarixlərində 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışlara saat 15:30-da start veriləcək.

Ölkə birinciliyi İdman Akademiyasının stadionunda və Atletika Federasiyasının atma növləri üzrə bazasında keçiriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr