ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməməsi ilə bağlı razılığa gəlindiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, İran nüvə silahı istehsalından imtina etməyi qəbul edib və Tehranla Vaşinqton arasında aparılan danışıqlar yüksək səviyyədə davam edir.
O, həmçinin İranın dini lideri Müctəba Xameneinin prosesdə birbaşa iştirak etdiyini bildirib.
ABŞ lideri vurğulayıb ki, İranla bağlı vəziyyət sürətlə dəyişir və yaxın dövrdə müsbət nəticələr gözlənilir. “Müəyyən bir mərhələdə İranın dini lideri Müctəba Xamenei ilə görüşə bilərəm”, - deyə o qeyd edib.