AZ

Xəyanət(kar) həmişə “pusquda”…

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

O vaxt “Xəzər Lənkəran”ın 6 xalı silinəndə də AFFA kömək etmək əvəzinə məsələni qəlizə salmışdı.

Ümumiyyətlə, assosiasiya klubların tərəfində dayanmır(dı)…

Hamı cəza ilə barışanda həmin prosesin kökünü bir təsadüfi informasiya əsasında tapmışdım. Yazmışdım.

Mais Mənsimov israrla görüşə çağırmışdı. Kömək istəmişdi.

Prosesin hardan qaynaqlandığını demişdim.

CAS iki həftəyə 6 xalı bərpa edəndə bunu öz adına çıxarmayan qalmamışdı.

Sonra məlum məsələ – mənfəətbazlar iş bilmədən işdən xeyir götürdü, bizi isə mənasız mübarizəyə sürüklədilər..

Onda da işin içində xəyanət var idi.

…“Turan Tovuz” işinin içində də xəyanət/mənfəət izi görünür.

Ehtiram Quliyev futbol aşiqidir, böyük arzuları olan birinə oxşayır. Lakin klub rəhbəri üçün lazım olan qədər rasional deyil. Təxminən hər qərarı emosional əsaslıdır. Futbolda hədəflərə nail olmaq üçün ən kiçik iş kimi görünən işə də təcrübəli kadr cəlb etmək lazımdır.

Elçin Cəlilov

P.S.

Məsələdə zəif də olsa işıq ucu görünür, amma UEFA qərarı açıqlanmadan üstünə düşülsəydi, həll olunma ehtimalı böyük idi.

Püşkatmaya 2 həftə qalıb.

CAS 5 günə də qərar verə bilir, 5 aya da. Amma bu tip məsələlərdə hətta 4 günə qərar verdiyi hal olub.

Ən geci püşkatmayadək vəziyyətə aydınlıq gəlməlidir. Müsbət qərar üçün şans var.

Bu, UEFA qərarından əvvəl olsaydı, 90-95% ehtimalla sanksiya olmazdı.

İş adamlarının futbol klubuna rəhbərlik etməsi/yatırımı UEFA/FIFA üçün mühüm məsələdir.

P.P.S.

“Turan Tovuz” azarkeşləri pərt olmasın. Bu, süqut deyil, hədəfləri olan klub üçün daha sürətlı böyüməyə ciddi presedentdir. Elə azarkeşlər üçün də…

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
futbolpress.az

1Mənbələr