AZ

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub

Bakı, 3 iyun, AZƏRTAC

Məhşur “Transfermarkt” portalı İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların bazar qiymətlərini yeniləyib.

AZƏRTAC xəbər verir ki, siyahıya "Mançester Siti"nin hücumçusu Erlinq Holann başçılıq edir. Son yenilənmədən sonra norveçli hücumçunun transfer dəyəri 200 milyon avro olub.

İkinci sırada “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays (120 milyon) qərarlaşıb. İlk “üçlüy”ü London klubunun digər üzvü Bukaya Sako (110 milyon) tamamlayıb.

Premyer Liqanın ən bahalı 10 futbolçusu

1. Erlin1 Holann (“Mançester Siti”) – 200 milyon avro

2. Deklan Rays (“Arsenal”) – 120 milyon avro

3. Bukayo Saka (“Arsenal”) – 110 milyon avro

4. Florian Virts (“Liverpul”) – 100 milyon avro

5. Koul Palmer (“Çelsi”) – 100 milyon avro

6. Moyses Kaysedo (“Çelsi”) – 100 milyon avro

7. Uilyam Saliba (“Arsenal”) – 100 milyon avro

8. Dominik Soboslai (“Liverpul”) – 100 milyon avro

9. Rayan Şerki (“Mançester Siti”) – 90 milyon avro

10. Morqan Rocers (“Aston Villa”) - 90 milyon avro

Seçilən
3
3
azertag.az

5Mənbələr