AZ

9 aylıq övladı ilə eyni məzarda dəfn olundu – FOTO

Türkiyənin Dənizli şəhərində sərnişin avtobusunun qəzaya uğrayaraq alovlanması nəticəsində həyatını itirən 27 yaşlı Civan Şen və onun 9 aylıq körpəsi Antalyada son mənzilə yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "İhlas Haber Ajansı" (İHA) məlumat yayıb.

Yanğın zamanı oğlunu xilas etməyə çalışan ata ilə körpəsi eyni qəbirdə dəfn olunub.

Qeyd edək ki, Dənizlinin Sarayköy rayonunda sərnişin avtobusunun maneələrə çırpılaraq alov alması nəticəsində ümumilikdə 8 nəfər dünyasını dəyişib.

Məlumata görə, yanğın anında ata oğlunu xilas etmək üçün qucağına alıb. Lakin onlar yanan avtobusu vaxtında tərk edə bilməyiblər. Qəzada yaralanan ailənin 6 yaşlı digər övladı Sirac Şeni isə anası xilas edib.




Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr