AZ

Baba oğlunu öldürən nəvəsindən şikayətçi olmadı MƏHKƏMƏ

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin hüquqi varisi Ə.V-nin ifadəsi ilə davam edib. O bildirib ki, biri oğlu, digəri nəvəsi olduğu üçün danışmaq çox çətindir:

"Bilmirəm nə danışım, necə danışım, ölən oğlum, təqsirləndirilən nəvəm. Bu bədbəxt hadisə qəsdən, bilərəkdən olmayıb. Hadisə günü evdə olmamışam. Oğlumla gəlinim 2005-ci ildə evləniblər, beş uşaqları olub. Evin böyük övladı Ayxandır. İftixar ailəsinə qarşı diqqətcil insan deyildi. Ailəsində tez-tez münaqişələr olurdu. Evdəki mübahisənin əsas mənbəyi İftixar idi, ailəsinə əl qaldırdığını da eşitmişəm. Münaqişələr vaxtı zərər verirdi ailəsinə, amma heç vaxt onları öldürməklə bağlı ifadə işlətməyib. Həmin gün bıçaq İftixarın əlində olub. Aralarındakı münaqişə vaxtı Ayxan gəlinimin əlinin kəsildiyini görəndə elə bilib ki, anası bıçaqlanıb. Ona görə bıçağı almağa çalışanda bu bədbəxtlik baş verib. Ayxana qarşı heç bir iddiam, şikayət və tələbim yoxdur".

Təqsirləndirilənin nənəsi V. F. danışmağın onun üçün çox çətin olduğunu deyərək ifadə vermək istəmədiyini bildirib.

Növbəti proses 24 iyun saat 14:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.

44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
lent.az

1Mənbələr