AZ

Məhşur bloggerə silahlı hücum - Ölən var - VİDEO

Çeşmədə tətil edən cütlük Dilan və Engin Polatın qaldığı oteldə atışma baş verib. Cütlüyün cangüdəni vəzifəsini icra edən Engin Polatın əmisi oğlu Can Polat həyatını itirib.
Ölkə.az xəbər verir ki, İzmirin Çeşme rayonunda tətildə olan məşhur cütlük Dilan Polat və Engin Polatın qaldıqları oteldə atışma baş verib. 

Hadisə bu gün saat 14:00 radələrində Alaçatıda baş verib.

Engin Polatın əmisi oğlu və eyni zamanda cütlüyün cangüdəni olduğu deyilən Can Polat (37) silahlı hücum nəticəsində ağır yaralanıb.

Təcili yardım maşını ilə xəstəxanaya aparılan Can Polatı bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb. Polatın qatili şübhəlisi qaçaraq izsiz yoxa çıxıb.

 Mürtəza

Seçilən
38
olke.az

1Mənbələr