AZ

Bitkoin son iki ayın minimum səviyyəsinə enib

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də Bitkoinin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşüb.

BAKU.WS xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası gün ərzində 65 min 426 dollara qədər ucuzlaşıb. Daha sonra isə qismən bərpa olunaraq 66 min dollar səviyyəsində ticarət olunub.

Ekspertlər bildirirlər ki, son günlər ABŞ-də Bitkoin ETF-lərindən milyardlarla dollar vəsaitin çıxarılması bazara təzyiq göstərib. Məlumata əsasən, son 12 gün ərzində fondlardan ümumilikdə 4,7 milyard dollar çıxış qeydə alınıb.

Analitiklər qiymət enişinə təsir edən əsas amillərdən birinin də MicroStrategy şirkətinin həyata keçirdiyi satışlar olduğunu qeyd edirlər.

Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə son 24 saat ərzində 3,4 faiz azalaraq 2,32 trilyon dollara geriləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
baku.ws

2Mənbələr