AZ

Kreml Sankt Peterburqa zərbəyə necə cavab verəcəyini açıqlayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

Kreml sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirəcək və bunu Sankt-Peterburqa pilotsuz uçuş aparatları ilə edilən hücumların qarşısını almaq məqsədi ilə əsaslandırıb.

Bizimyol.info xəbər verir ki, jurnalistlər Peskovdan Ukraynanın müdafiə xarakterli addımlarına Rusiyanın hansı şəkildə cavab verəcəyini soruşublar.

“Xarici İşlər Nazirliyinin bəyanatını xatırlatmaq istəyirəm. Həmin bəyanatda qeyd olunur ki, cavablarımız sistemli xarakter daşıyacaq. Əslində, onlar artıq sistemli xarakter daşıyır”, - deyə Peskov cavabında verib.

Bununla yanaşı, o, Sankt-Peterburqa endirilən konkret zərbə ilə bağlı şərh verməkdən imtina edib. Peskov bildirib ki, bu məsələ “tamamilə regional hakimiyyət orqanlarının və Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir”.

“Ümumilikdə deyə bilərəm ki, belə zərbələrin olmaması üçün xüsusi hərbi əməliyyat davam etdirilir”, - deyə o əlavə edib.

Ukrayna mətbuatının yazdığına görə, burada vurğulamaq vacibdir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlamazdan əvvəl Sankt-Peterburqa qarşı heç bir hücum baş vermirdi. Həmçinin aydındır ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandıracağı təqdirdə bu cür hücumlar da dərhal dayanacaq.

Mətbuatın məlumatına görə, ötən gecə Ukrayna pilotsuz uçuş aparatları Sankt-Peterburq yaxınlığında yerləşən neft terminalına hücum edib. Həmin obyekt neft məhsullarının daşınması və yüklənməsi ilə məşğul olan Rusiyanın ən böyük dəniz terminallarından biri hesab olunur.

Bundan başqa, Ukrayna dronları Sankt-Peterburq yaxınlığındakı Kronştadt hərbi-dəniz bazasında yerləşən Rusiya raket gəmisini də vurub. Məlumata görə, zərbə endirilən gəmi daha əvvəl Rusiyanın “kölgə donanması”na aid tankerlərin mühafizəsində iştirak edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr