Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sosial media platformalarında reklam yerlərin alınması xidmətlərinə 2 414 940 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, vəsait “Nyu media.az” MMC-yə ödəniləcək.
Agentlik və MMC arasında müvafiq müqavilə bağlanıb. Buraya “Youtube”, “İnstagram”, “Facebook”, “Telegram”, “TikTok”, “Google”, “Twitter (X)” daxildir. “Nyu media.az”ın rəhbəri Elxan Urmuz oğlu Sadıq zadədir.
Cabir
Tarix: 3 İyun 2026, 17:59