Fransanın Antib şəhərində ağır qəza baş verib. Yük maşını 20-dən çox avtomobili əzib, 37 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “France 3” kanalı məlumat yayıb.
Fransanın cənubundakı Antib şəhərində kütləvi yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər yollarından birində yaranan tıxac zamanı idarəetməni itirən yük maşını 20-dən çox avtomobili əzib.
Hadisə nəticəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əraziyə dərhal xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə orqanları yük maşınının qəzaya uğrama səbəblərini və sürücünün vəziyyətini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az