Fransada divara yapışdırılmış məşhur banan muzeydən oğurlanıb.
Fransadakı Pompidu-Mets müasir incəsənət mərkəzindən məşhur bir banan yoxa çıxıb.
Qaziler.az bildirir ki, bu barədə "France 24" məlumat verib.
Mühafizəçinin sözlərinə görə, muzey divarına yapışdırılmış banan 30 mayda oğurlanıb. Ertəsi gün muzey hadisə barədə polisə məlumat verib. "İtən" banan yenisi ilə əvəz edilib. Bu, italyan rəssamı Mauritsio Kattelanın "Komediyaçı" adlı təxribatçı əsərinin bir hissəsidir.
Bu, muzey ziyarətçiləri tərəfindən bananın hədəfə alınması ilə bağlı ilk hal deyil. 2025-ci ilin iyul ayında o, təhlükəsizlik işçilərinin gözü qarşısında yeyilib. Muzey ziyarətçiyə qarşı polisə şikayət etməyib.
QAZİLER.AZ