Yazını böyüt
Yazını kiçilt
Sabirabad piyada ölümü ilə nəticələnən qol qəzası baş verib.
Hafta.az-ın məlumatına görə, hadisə 17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.
Belə ki, “VAZ-2107” markalı avtomobil təxminən 10-15 yaşlarında olan kişi cinsli piyadanı vurub.
Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.