Yaponiyanın şimal-şərqindəki Fukuşima şəhərində ayı hücumu nəticəsində dörd nəfər yaralanıb. Hadisədən sonra məktəblər bağlanıb.
Ölkə.az xəbər verir ki, ilk hücum Fukuşimadakı polad zavodunda baş verib. Ayı iki kişi işçini yaralayıb, daha sonra yaxınlıqdakı yaşayış məntəqəsinə daxil olub və orada 80 yaşlarında bir qadına və 60 yaşlarında bir kişiyə hücum edərək yaralayıb.
Hücumlardan sonra ərazidəki ibtidai və orta məktəblər dərsləri dayandırdı. Yaponiyada ayı hücumlarında yaralanan və ya ölən insanların sayı on bir ildə rekord həddə-238 nəfərə çatıb.
Mürtəza