Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Putinin filosofu” kimi tanınan Aleksandr Duqin Rusiyanın meqapolislərini robotlarla doldurmağı və şəhərlərin idarəsini onlara təhvil verməyi təklif edib.
“AzPolitika” xəbər verir ki, Rusiya internet kanallarından birinə müsahibə verən Duqinin fikrincə, kütləvi robotlaşdırma Rusiyanın əsas inkişaf məqsədlərindən birinə çevrilməlidir: "Biz kölə sahibi deyil, robot sahibi olacağıq".
O, Rusiyanın genişmiqyaslı robotlaşdırma proqramına və idarəetmə funksiyalarının süni intellektə ötürülməsinə ehtiyac duyduğuna inanır: "Ölkəni rus robotları ilə doldurmalıyıq. Robotlar üçün pul yoxdursa, onları çap edəcəyik... Hər şəhərə robot rəhbərlik edəcək". O hesab edir ki, belə bir modeldə pul məsələsi ikinci dərəcəlidir. Əsas məsələ məqsəd qoymaq və texnoloji suverenliyə doğru irəliləməyə başlamaqdır.
Duqin robotların insanlara nisbətən “üstünlüklərini” də qeyd edib.
"Birincisi, onlar daha maraqlıdırlar. İkincisi, onlar daha ağıllıdırlar, sonra isə daha səmərəlidirlər, - deyə o vurğulayıb.
Xatırladaq ki, daha öncə Dugin öz bloqunda cəmiyyət üzərində dövlət nəzarətinin gücləndirilməsinin vacibliyindən danışıb və insanları bunu qaçılmaz reallıq kimi qəbul etməyə çağırıb. Eləcə də deyib ki, ruslar internetdən uzaqlaşdırılmalıdır, ya da internet onlara “porsiyalarla” verilməlidir.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.