AZ

Avropadan Azərbaycana çox böyük maraq: bu məsələlər masada

Azərbaycanla Niderland arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni müzakirələr aparılıb.

Musavat.com xəbər verir ki, Niderlandın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və ölkənin Xarici İşlər Nazirliyinin əlaqələndirmə məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfərləri çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçiriblər.

Niderland səfirliyinin məlumatına görə, danışıqların əsas mövzusu təmiz enerji, nəqliyyat əlaqələri, logistika, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, dəniz fəaliyyəti, innovasiyalar və Orta Dəhlizin rəqəmsallaşdırılması sahələrində əməkdaşlıq imkanları olub.

Görüşlər zamanı Azərbaycan və Niderland arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyət perspektivləri də müzakirə edilib.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr