PSJ-nin müdafiəçisi İlya Zabarni klubunu tərk edə bilər. Onun komanda daxilindəki rolundan narazı olduğu bildirilir.
Sportinfo.az “DaveOckop”-a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
O, daha əvvəl “Bornmut”da çıxış edib.
Zabarninin xidməti “Liverpul”a təklif olunub. Mersisayd təmsilçisinin komandadan ayrılan İbrahima Konatenin yerini məhz ukraynalı müdafiəçi ilə doldura biləcəyi iddia edilir.
O, 2025-ci ilin yayında 63 milyon avro qarşılığında PSJ-yə transfer olunub və Paris klubu ilə müddəti 5 il olan müqavilə imzalayıb.