AZ

Ermənistan Rusiya ilə əlaqələri kəssə... - Şoyqu

AB ilə inteqrasiya, hətta şaxələndirmə adı altında belə, Aİİ və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “İnterfaks” agentliyinə açıqlamasında deyib.

“Açıq şəkildə demək istəyirəm: biz Ermənistanın AB ilə əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin yumşaldılmasını və sonrakı iqtisadi böhrandan qurtuluşunu maliyyələşdirməyəcəyik”, - o bildirib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının faktiki olaraq bütün real sektoru Rusiya ilə bağlıdır, İrəvan üçün Avropada bazar yoxdur:

“Ermənistan təkcə kənd təsərrüfatı məhsulları sahəsində - hansı ki, 96%-dən çoxu Rusiya tərəfindən istehlak olunur - hər il 700 milyon dollardan çox itirəcək, minlərlə, bəlkə də on minlərlə iş yeri bağlanacaq”.

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr