AZ

Yaponiya 19,4 milyard dollarlıq əlavə büdcə paketini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya 19,4 milyard dollarlıq əlavə büdcə paketini təsdiqləyib.

Banco.az xəbər verir ki, Yaponiya hökuməti Yaxın Şərqdəki geosiyasi gərginliyin yaratdığı inflyasiya təzyiqlərini azaltmaq və ev təsərrüfatlarına dəstək vermək məqsədilə 19,4 milyard dollar həcmində əlavə büdcə paketini təsdiqləyib.

Baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən qəbul edilən 3,1 trilyon yenlik (19,4 milyard dollar) paket çərçivəsində əmtəə qiymətlərindəki artımın təsirini azaltmaq üçün 2,5 trilyon yen həcmində yeni ehtiyat fondu yaradılacaq. Fondun ilkin mərhələdə benzin qiymətlərinin artımını məhdudlaşdırmaq məqsədilə istifadə olunacağı gözlənilir.

Hökumət maliyyə intizamı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün dövlət istiqrazlarının ümumi emissiya həcmini təqvim ili üzrə dəyişməyəcəyini bildirib. Əlavə büdcə yeni borclanma ehtiyacı yaratsa da, ötən ilin büdcəsində nəzərdə tutulan bəzi xərclərin ləğv edilməsi hesabına istiqraz emissiyasının ümumi həcmi sabit saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
29
1
banco.az

2Mənbələr