AZ

Argentina millisinin yarımmüdafiəçisinin DÇ-2026-da iştirakı sual altındadır

Niko Pas zədə səbəbindən dünya çempionatını buraxa bilər.

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, "Komo" və Argentina millisinin yarımmüdafiəçisi Niko Pas mayın 10-da "Verona" ilə A Seriyası matçında (1:0) aldığı diz zədəsindən hələ də tam sağalmayıb.

Əvvəlcə hesab olunurdu ki, bu zədə futbolçunun dünya çempionatında iştirakına mane olmayacaq. Lakin Argentina millisində Pasın bərpa müddəti ilə bağlı şübhələr yaranıb. Zədənin ilkin ehtimallardan daha ciddi ola biləcəyi istisna edilmir.

Hazırda Niko Pasın dünya çempionatında iştirakı sual altındadır. Yekun qərarın verilməsi üçün futbolçunun vəziyyəti hər gün nəzarətdə saxlanılacaq.

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr