AZ

İspaniya La Liqasında mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşdi - FOTO

"Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 2025/26 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Moderator.az bu barədə La Liqanın rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, 61 yaşlı mütəxəssis səsvermədə "Xetafe"nin çalışdırıcısı Xose Bordalas və "Vilyarreal"ın məşqçisi Marselino Qarsiya Toralı qabaqlayaraq qalib olub.

Flikin rəhbərliyi altında "Barselona" ardıcıl ikinci dəfə İspaniya çempionu olub. Flik bu mükafatı ardıcıl ikinci ildir ki, əldə edir.

Qeyd edək ki, o, 2024-cü ildən "Barselona"ya rəhbərlik edir və bu ilin may ayında klub onunla müqavilənin müddətini daha bir mövsüm uzatmaq imkanı ilə 2028-ci ilə qədər yeniləndiyini elan edib.

İspaniya La Liqasında mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşdi - FOTO

Seçilən
19
moderator.az

1Mənbələr