AZ

Vlahoviç “Yuventus”u tərk edəcək

“Yuventus”un hücumçusu Duşan Vlahoviç mövsümün sonunda klubdan ayrılacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Məlumata görə, dünən Turin təmsilçisinin nümayəndələri futbolçunun ətrafı ilə görüş keçirib. Görüşdə serb hücumçunun atası da iştirak edib.

Tərəflər müqavilənin uzadılması imkanlarını müzakirə etsələr də, razılıq əldə olunmayıb. Bildirilir ki, əsas problem maliyyə şərtləri ilə bağlı olub. Futbolçunun tələbləri “Yuventus”un təklifindən yüksək olduğuna görə danışıqlar dalana dirənib.

Görüşdən sonra tərəflər arasında yeni danışıqların planlaşdırılmadığı qeyd olunur.

Xatırladaq ki, daha əvvəl mətbuatda Vlahoviçin azad agent kimi “Barselona”ya keçmək istədiyi barədə xəbərlər yayılmışdı.

Seçilən
18
90deqiqe.az

1Mənbələr