AZ

Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Seçilən
224
20
aznews.az

10Mənbələr