AZ

HƏMAS yaraqlıları girovların bəzilərini edam ediblər - CNN

Şənbə günü İsrailə hücum edən HƏMAS yaraqlıları ilk gündən əsir götürdükləri girovların ən azı bir qismini edam ediblər. Bizimyol.info xəbər verir ki, bu barədə "CNN" münaqişə zonasından geolokasiya edilmiş videolardan nəticə çıxararaq yazır. Belə ki, jurnalistlər fələstinli yaraqlılar tərəfindən əsir götürülən beş israilli mülki şəxsi əks etdirən videoları təhlil ediblər. Demək olar ki, eyni yerdə lentə alınan başqa bir videoda silahlı yaraqlılar, yandırılmış avtomobillər və yerdə dörd cəsəd görünür. "CNN"in analitikləri videoları müqayisə etdikdən sonra belə qənaətə gəliblər ki, birinci videodakı canlı girovlarla ikincidəki meyitlər eyni insanlardır. Bu, xüsusilə eyni geyim və saç düzümü ilə ifadə edilir. Beşinci girovun taleyinin nə olduğu məlum deyil. Xarici mətbuat yazır ki, HƏMAS-ın Qəzza ilə sərhəddə İsrail yaşayış məntəqələrinə hücumu nəticəsində azı 700 mülki şəxs və İsrail Silahlı Qüvvələrinin əsgəri həlak olub, yüzdən çox insan isə silahlılar tərəfindən qaçırılaraq Qəzzaya aparılıb. Yalnız bazar ertəsi səhər ordu İsrailin bütün sərhəd şəhərlərinə nəzarəti bərpa edə bilib. Hücumdan sonra İsrail ehtiyat qüvvələrini səfərbər etməyə başlayıb və HƏMAS-ı bir təşkilat olaraq məhv edəcəyinə söz verib. Hərbi Qüvvələr bərabərsizliyinə görə hərbi uğur gətirə bilməyən hücumu təhlil edən “Politico” belə qənaətə gəlib ki, HƏMAS-ın ehtimal olunan məqsədi regionun digər dövlətlərinin iştirakı ilə böyük bir müharibəyə səbəb olmaq cəhdi ola bilər. Qadir, Bizimyol.info

Seçilən
519
3
bizimyol.info

10Mənbələr