AZ

Elxan Şahinoğlu: "İl ərzində Azərbaycanla Ermənistan sülh sazişi imzalamasa..."

“İl ərzində Azərbaycanla Ermənistan sülh sazişi imzalamasa, həqiqətən sonrakı müddətdə bölgədə vəziyyət yenidən gərginləşə bilər. Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, amma bunun sənəddə əks olunmasını yubadır. Aydındır ki, sülh sazişi imzalansa, digər iki konseptual məsələ bunun xaricində qalacaq. Bu, dəhlizin açılması və sərhədlərini müəyyənləşməsi məsələsidir.

Paşinyan bu addımı atmağa da hələ ki çəkinir. Zəngəzur dəhlizi ilə bağlı məsələni uzadacaqlarsa, onsuz da Azərbaycanın alternativləri genişdir. Ermənistanın isəalternativləri yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, buna görə də sonunda Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq.

Seçilən
346
50
aznews.az

10Mənbələr