Türkiye Qızıl Aypara Cəmiyyəti Qəzza zolağına 1510 ton humanitar yardım göndərib. Məlumata əsasən, humanitar yardım materiallarını daşıyan gəmi Mersin Beynəlxalq Limanından yola düşüb.
Bu çərçivədə 6 təcili yardım maşını, su təmizləmə sistemləri, qida və gigiyena vasitələri, içməli su, çadırlar, ədyallar, uşaq bezləri, dərmanlar və tibbi ləvazimatlardan ibarət humanitar yardım NINA M adlı gəmiyə yüklənib.
Yükləmə prosesi başa çatdıqdan sonra gəmi yola düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta