AZ

“Sirab” cərimələnə bilər

Babək "Sirab" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Naxçıvan MR Babək Rayon Məhkəməsində hakim Zamiq Əliyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Sirab" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
492
6
e-huquq.az

10Mənbələr