AZ

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 63 nəfərin öldüyü bildirilir - Yenilənib+

Rusiyada

Belqorod vilayətində "İl-76" hərbi təyyarəsi qəzaya uğrayıb. Bu barədə “112” Telegram-kanalının mənbəsi məlumat verib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, vəziyyətlə tanış olan nəşrin həmsöhbətinin verdiyi məlumata görə, hadisə Koroçanski rayonunda qeydə alınıb. O, hadisə ilə bağlı başqa təfərrüatları açıqlamayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında Koroçanski rayonuna getdiyini bildirib.

***

Qubernator V. Qladkov Koroçanski rayonundakı təyyarə qəzası ilə bağlı qısa məlumat verib.

Koroçanski rayonuna gedən qubernator qeyd edib ki, hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

O, Telegram-da yazıb ki, ətraflı məlumat sonra veriləcək.

***

Rusiyanın hərbi təyyarəsinin Belqorodda qəzaya uğraması nəticəsində 63 nəfərin öldüyü bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın “112” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsindəki 63 nəfərin hamısı həlak olub.

V. QULİYEV
Seçilən
488
37
reyting.az

10Mənbələr