AZ

“Hazırda “WhatsApp+” işlədənlərin hesablarından pullar oğurlanır”


“Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır”.
Yeniavaz.com
xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir:
“Pulu oğurlananlar and-aman edib bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.
Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir”, - bloger bildirib.
Seçilən
171
26
yeniavaz.com

10Mənbələr