AZ

Məşhur müğənni eks-ərinə 1 milyon dollardan çox pul ödəyəcək

Amerikalı məşhur müğənni Ariana Qrande iki illik həyat yoldaşı Dalton Qomesdən boşanıb.

Manset.az xəbər verir ki, ikili nikahdan əvvəl bağladıqları müqaviləyə əsasən maliyə məsələlərini aralarında həll ediblər. Tərəflərin razılığına əsasən, Ariana Daltona 1,25 milyon dollar ödəyəcək. Onlar Los-Ancelesdəki evin satışından əldə olunan gəliri də yarıya böləcəklər. Üstəlik, müğənni eks-ərinin 25 min dollarlıq hüquqi xərclərini qarşılayacaq.

Qeyd edək ki, Daltonun müğənniyə xəyanət etdiyi haqda xəbərlər yayılmışdı. Ariana hazırda aktyor Ethan Slater ilə eşq yaşayır.


BiG.Az
Seçilən
870
3
big.az

4Mənbələr