AZ

"Azərbaycanda 12 həftədən sonra onsuzda abort qadağandır, abortu edən və etdirən insanlar qanunu pozur! - AÇIQLAMA

"Azərbaycanda 12 həftədən sonra onsuzda abort qadağandır, abortu edən və etdirən insanlar qanunu pozur! - AÇIQLAMA

Selektiv abort dölün cinsiyyətinə görə hamiləliyin adətən 12-ci həftədən sonra pozulmasıdır. Çox vaxt qadınlar selektiv abortu ailələrin təzyiqi ilə əlaqədardır. Belə ki, abort etdirənlərin səbəbi isə ailədə"oğlan uşağı" arzusunun olmasıdır. Azərbaycanda selektiv abortdan geniş istifadə əhalinin demoqrafik vəziyyətinə də təsir. Bəs Azərbaycanda selektiv abort qarşısını almaq üçün hansı addımları atılır?

Məsələ ilə bağlı ginekoloq Rəşad Sultan Sonxeber.az-a açıqlama verib:

Biz hamımız bilirik ki, Azərbaycanda selektiv abort var. Azərbaycanda ikinci uşaq oğlandırsa, onu problem etmirlər. Amma birinci və ikinci uşaq qızdırsa, onu problem edirlər. Beləliklə say bərabərliyinin tarazlığını pozurlar. Hətta birinci uşaq qız olsa belə, götüzdürmək istəyənlər var. Bu mexanizm hələ neçə işləyir mən başa düşmürəm. Çünki, uşağın cinsiyyəti 12 həftədə məlum olur. 12 həftədən sonra onsuzda abort qadağandır. Deməli, abortu edən və etdirən insanlar qanunu pozur. Ona görə düşünürəm ki, bu sahədə xüsusi bir qanun çıxartmağa ehtiyac yoxdur. Qanunların icra edilməsinə nəzarət etmək lazımdır. Daha doğrusu bu qanunu pozanları cəzalandırmaq lazımdır. Bu isə hüquq orqanlarının işidir. Bir də son zamanlarda süni mayalanma ilə cinsiyyət seçimi mümkündür. Buda balansı pozmağa mənfi mənada xidmət edir.

Rəşad Sultan bildirib ki, süni mayalanma ilə cinsiyyət seçiminə qadağa qoymaq lazımdır:

"Belə bir qadağa qanunda öz əksini tapmayıb. Qanunda bu baxımdan boşluq var. Digər bir məsələ 8-9-cu həftələrlə verilən genetik analizlərdə uşağın cinsiyyətinin müəyyən edilməsidir. Bunu daha çox xaricdə edirlər. Adətən bu genetik analizlərin nəticəsini göndərənlər uşağın cinsiyyətini qeyd etmirlər. Amma bir şəkildə bu məlumatı əldə edib, uşağın cinsiyyətini öyrənmək mümkündür. Bu yolla uşağın cinsiyyətini 12 həftədən əvvəl müəyyən edib, sonra isə qızdırsa hamiləlik sonlandırılır. Bu məsələ bu gün çox populyar olmasa da, gələcəkdə mütləq biləcəklər və etməyə başlayacaqlar. Ona görə də qanunda bu boşluğunda doldurulması yerinə düşər".

Sevda Səfərova

Seçilən
442
12
sonxeber.az

10Mənbələr