AZ

Meteohəssas insanlara zərərli vərdişlər və ağır qidalardan imtina etmək tövsiyə olunur - Kardioloq

Bakı. Trend:

Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-TədqiqatKardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli müsahibəverib.

Trend müsahibəni təqdimedir:

- Rafiq müəllim, qış mövsümüinsan orqanizminə, xüsusən dəürək-damar xəstəliklərindən əziyyət çəkənlərə nə kimi təsir edəbilər?

- İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmindəbaş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısıinsanların sağlamlığı ilə əlaqəlidirlər. Cavan və sağlam insanlardatəbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlərtörətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər,sinir sistemi xəstəlikləri olanlar da təsirsiz ötüşmür. Belə ki,orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanlarınsəhhətində müəyyən problemlər yarana bilər.
Ətraf mühitdə baş verən hadisələrə ən həssası isə mərkəzi sinir vəürək damar sistemidir. Müşahidələr göstərir ki, xüsusilə qışmövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal,cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemikxəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokardinfarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbirütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödemihallarının baş vermə ehtimalı olur.
Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ənçox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma,baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur.
Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən dəürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdaredirlər.

- Soyuq havada bu halların baş verməsinin səbəbi nədir?

- Burada ilk səbəb - soyuq hava ilə nəfəs almağın, orqanizminsoyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcədə hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarındasıxılma-spazmın baş verməsidir. Məlumdur ki, yüksək qan təzyiqiolanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havadabunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir.
Başqa bir misal olaraq, ürək əzələsinin (miokardın) bir hissəsinitəmin edən koronar arteriyaların daralması, sinə ağrısı, habeləstenokardiyanı qeyd etmək istərdim.
Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanınlaxtalanması sürətlənir.

- Əgər küçədə kimdəsə ürək tutması və ya stenokardiya başverərsə, bu zaman yardım üçün nə etmək lazımdır?

- Əgər ürək tutma sizin özünüzdə baş verib və stenokardiyaolduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etməklazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalarkeçir və ya əhəmiyyətli dərəcədə azalır.
Bu halda xəstəni uzatmaq və ayaq hissəni bir qədər yuxarı qaldırmaqönəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağızasüni tənəffüs vermək lazımdır.
Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döşqəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bumasajda döş qəfəsinin divarının 2-3 sm basılmasına çalışmaq,qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq,süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur.

- Ürək-damar xəstəliklərində xəstələnmə və digər hadisələrin başverməməsi üçün nə etmək lazımdır?

- İlk növbədə meteohəssas insanlar, xüsusilə ürək-damarxəstələri, yüksək qan təzyiqi, stenokardiyası olanlar, infarkt vəürək əməliyyatları keçirənlər həkim tərəfindən təyin olunmuşdərmanların qəbuluna diqqətlə əməl etməlidirlər.
Dəyişkən, soyuq və rütubətli hava günlərində imkan daxilində fizikivə zehni stressdən uzaq durmalı, mümkün qədər evdə qalmalıdırlar.Həmişə özləri ilə nitroqliserin, qan təzyiqi əleyhinə təcili köməkedə bilən dərmanlar, qan durulducular götürməlidirlər. Gün ərzindəsoyuq havada çox durmamalı, arterial təzyiqi, qanda şəkəri müntəzəmölçməlidirlər. Aritmiya və s. dəyişiklik olarsa, müalicə həkiminəmüraciət etməlidirlər.
Qışda orqanizm tez-tez vitamin çatışmazlığı, xüsusilə soyuq vəşaxtalı günlərdə vitamin D çatışmazlığı ilə qarşılaşır və immunitetzəifləyir. Soyuq havalarda vitaminlər və minerallar sağlamlığıqorumağa kömək edər.
Ağır qidalar, qızardılmış ət, spirtli içkilərdən, siqaretdən uzaqdurmaq lazımdır. Maqnit burulğanı gözlənilən günlər həkim məsləhətiilə bitki tərkibli sakitləşdiricilər qəbul etmək, nisbətən sakithavada isti geyinməklə 10-15 dəqiqə həyətdə yüngül gəzintiyə çıxmaqtövsiyə olunur.
Sonda qeyd edim ki, hər havaya uyğunlaşmaq, onun pis təsirindənqorunmaq o qədər də çətin deyil. Həkimin tövsiyələrinə əməl etməkvə sağlamlığınıza diqqət yetirmək kifayətdir.

Məqalədə:
Seçilən
546
5
az.trend.az

10Mənbələr