AZ

"Özünə güvənən insanlar başqalarından təsdiqgözləmirlər" - PSİXOLOQ FİKRİ

"Özünütəsdiq motivi – insanın özünü sosiumda təsdiq etməyə cəhd, şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. Maslovun nəzəriyyəsinə görə insanın bioloji ehtiyacından sonra gələn əsas ehtiyac özünü təsdiqdir. Hər bir insan ətrafında olan insanlarla söhbət etməyə ehtiyac duyur. Bu zaman biz özümüzü təsdiq etmək istəyirik və bizi dinləyən, təsdiq edən olmasa biz həmin insanlarla söhbət etmərik. İnsan ətrafında olanlara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Günel Allahverdiyeva sözlərinə belə davam edib: "​Bəzi insanlar daha çox başqalarından təsdiq gözləyirlər. Öz içində özünü təsdiq etməyən şəxs həmişə ətrafda olan insanların təsdiqinə ehtiyac duyur. Buna görədə, özümüz öz dəyərimizin fərqində olmalı və bunu hər yaşadığımız hadisədə, anda, hissdə özümüzə xatırlatmalı, dəstəkləməli və təsdiqləməliyik.

​İnsan özünüzü təsdiq etmək üçün əvvəlcə özünüzü dərk etməli, "kimi" təsdiq edəcəyini bilməli, əmin olmalı və onu reallaşdırmağın ardınca getməlidir. Buna görə də, həyatımızı dolu-dolu, doya-doya yaşaya bilməyimiz bizim özümüzü tanımaqdan, sevməkdən, dəyərli, lazımlı olduğunu hiss etməkdən, özünütəsdiq və özünüqəbuldan keçir. ​Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir. Özünə güvənən insanlar başqalarından təsdiq gözləmirlər, çünki onlar kim olduqlarını və nə vaxt yaxşı iş gördüklərini dəqiq bilirlər".

Ayşən Vəli

Seçilən
538
50
sia.az

10Mənbələr