AZ

HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesabları bloklanıb

Bakı. Trend:

HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesablarıdondurulub.

Trend xəbərverir ki, bu barədə İsrail polisi "X" (tvitter) sosial şəbəkəsindəməlumat yayıb.

Məlumata görə, kriptovalyutadan HƏMAS-ın fəaliyyətinimaliyyələşdirmək üçün vəsait yığımı məqsədilə istifadə olunub.

"İsrail polisinin kibertəhlükəsizlik şöbəsi Müdafiə Nazirliyi,Təhlükəsizlik Agentliyi və digər dövlət xüsusi xidmət orqanlarınıntərəfdaşlığı ilə HƏMAS-ın öz fəaliyyəti üçün vəsait yığımıməqsədilə istifadə etdiyi kriptovalyuta hesablarını dondurub", -məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisiQəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adamölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığıvəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatınabaşladığını bildirib.

Məqalədə:
Seçilən
663
2
az.trend.az

10Mənbələr