AZ

Cennifer Lopez təqaüdə çıxır?

Dünya şöhrətli amerikalı müğənni Cennifer Lopez fevralın 16-da işıq üzü görəcək 9-cu albomu "This Is Me... Now" ilə təqaüdə çıxmaq siqnalını verib. Bu barədə Manşet.az xarici KİV-ə istinadən xəbər verir. Belə ki, 54 yaşlı müğənni “Açığı, yeni albom hazırlayacağıma əmin deyiləm. Bu albom çox özəldir və demək olar ki, "kolleksiya parçası" kimidir. Bu albom mənim üçün bir dövrün sonu, həm də yeni bir dövrün başlanğıcı kimi hiss olunur. Ona görə də hər şeyimi bu alboma verdim" deyib.Qeyd edək ki, JLo-nun həyat yoldaşı Ben Affleck ilə birlikdə yazdığı və yeni albomu ilə eyni adlı filmi 16 fevralda rəqəmsal platformalarda tamaşaçılarla görüşəcək.Jalə

Manşet.az

Seçilən
364
9
manset.az

10Mənbələr