AZ

Daha bir avtobus kart sisteminə keçir

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Busaat.az-a verilən xəbərə görə, fevralın 17-dən “20 Yanvar” metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Seçilən
165
23
busaat.az

10Mənbələr