AZ

İki həftə şəkərdən imtina etdikdə, nə baş verir?

Yeni həyata başlamağa hazırsınız? Başlamaq üçün şirniyyatlardan imtina etməyi təklif edirik. Dermatoloqlar iddia edir ki, şəkərdən imtina etdikdən 14 gün sonra ciddi dəyişikliklər dəridə aydın şəkildə görünməyə başlayır. Hətta güzgüdə özünüzə baxdığınız zaman xoş bir təəccüb hissi keçirəcəksiniz. Bəs şəkərdən imtina dərimizdə hansı dəyişikliklərə yol açır.

Publika.az oxucuları şəkərdən və şirniyyatlardan imtinanın faydaları ilə tanış edir.

Ən çox sevdiyimiz qidaların tərkibində şəkər var, istehlakdan sonra onlar fruktoza və qlükozaya parçalanır. Sonuncu əvəzolunmaz enerji mənbəyidir, beynin və digər həyati orqanların yaxşı işləməsi üçün zəruridir. Bir gün pəhrizinizdən qlükozanı tamamilə çıxarsanız, dərhal yuxusuzluq, yorğunluq və əsəbilik hiss edəcəksiniz.

Что

Bununla belə, biz müntəzəm olaraq həddindən artıq şəkər istehlak etdikdə, özümüzü riskə atırıq ki, bu da ciddi xəstəliklərə gətirib çıxarar. Buna sızanaqların pisləşməsindən diabetə qədər bir çox xəstəliyi misal çəkmək olar. Bundan əlavə, şirniyyat sevən insanlar daha çox artıq çəki problemi ilə üzləşirlər. Dietoloqlar qlükozanı un məmulatları və hazır şirniyyatlardan deyil, meyvələrdən, qoz-fındıq və ya baldan almağı məsləhət görürlər. Odur ki, şəkərdən tamamilə imtina etməklə, ilk növbədə artıq çəkidən qurtula biləcəksiniz. Fakt budur ki, bütün şirin qidalar sadə karbohidratlardır. Bildiyiniz kimi, onlar enerjiyə yox, bədəndə artıq piylərə çevrilirlər.

Что

Statistikaya görə, hər bir insan gündə orta hesabla iyirmi qaşıqdan çox şəkər istehlak edir ki, bu da 400-dən çox əlavə kilokalori deməkdir! Üstəlik, şirniyyata aludəçilik onun istehlakından asılı olaraq artır, nə qədər çox yeyirsinizsə, bir o qədər çox istəyirsiniz. Ən azı 1-2 həftə şəkərə yox deyə bilsəniz, tezliklə arıqladığınızı, şirniyyat ehtiyacının azaldığını və ümumiyyətlə, səhərlər şirniyyat yemək düşüncəsi ilə oyanmadığınızı görəcəksiniz. Şəkərdən imtina etdikdən sonra bir neçə həftə ərzində siz sözün əsl mənasında daha xoşbəxt olacaqsınız. Diyetoloqlar sübut etdilər ki, sağlam qidalanmanın köməyi ilə əhvalınızı idarə edə bilərsiniz.

Seçilən
338
20
publika.az

10Mənbələr