AZ

Abituriyentlərin nəzərinə: Bu peşələr sıradan çıxır, işsiz qalacaqsız

Bütün dünyada olduğu kimi, ölkəmizdə də süni intellekt olduqca sürətlə inkişaf edir. Bəziləri iddia edir ki, artıq bir müddət sonra bəzi sahələr üzrə insan əməyinə ehtiyac qalmayacaq. Bu da ali təhsil almaq istəyənlərin ixtisas seçimində çətinlik yaşamasına səbəb olur.

Bəs abituriyentlər hansı sahə üzrə təhsil almalıdırlar ki, gələcəkdə rahatlıqla iş tapa bilsinlər?

Publika.az xəbər verir ki, Elçin Əfəndinin fikrincə, süni intellekt gec-tez üzləşəcəyimiz reallıqdır və çox sürətli dəyişiklik gedir.

Təhsil ekspertinin sözlərinə görə, bir çox peşələr üçün artıq insan əməyinə ehtiyac yoxdur:

“İnkişaf etmiş ölkələrin (İEÖ) bir çoxunda artıq bəzi peşələr sıradan çıxıb. İEÖ-də 2030-cü ilədək, bizim kimi ölkələr üçün təxminən 3-5 il sonra, ən geci 10 il ərzində bu peşələr sıradan çıxacaq:

- nəqliyyat sürücüsü;

- operator;

- məlumat mərkəzlərində vətəndaşları qəbul edən şəxs;

- işıqçı;

- qrimçi;

- aktyor;

- montajçı;

- videoqraf;

- fotoqraf;

- rəssam;

- dizayner;

- kitabxanaçı;

- bank işçisi;

- səyahət agenti;

- telemarketoloq;

- kassir;

- anbar işçisi;

- dayancaq baxıcısı;

- sığorta işçisi;

- tərcüməçi;

- poçt işçisi;

- idman yarışı hakimi;

- qəzet müxbiri;

- mühasib;

- mühərrik və maşın mühəndisi;

- fast-food işçisi;

- təsərrüfat işçisi;

- korrektor;

- ödəniş məntəqə operatoru;

- dispetçer;

və s.

Ən dəhşətlisi odur ki, bütün bunları insan tərəfindən yaradılan robotlar, süni intellekt idarə edəcək”.

E.Əfəndi qeyd edib ki, süni intellektin inkişafı ilə yeni ixtisaslar da ortaya çıxacaq:

Seçilən
527
27
publika.az

10Mənbələr