AZ

Meksika XİN Kanadanın qərarından təəssüflənir

Meksika Xarici İşlər Nazirliyi Kanadanın bu ölkənin vətəndaşları üçün giriş qaydalarını sərtləşdirmək qərarına görə təəssüflənir.

“İki sahil” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN hesab edir ki, belə bir tədbir tətbiq olunmazdan əvvəl başqa variantlar var idi.

Məlumata görə, Kanada fevralın 29-dan etibarən ölkəyə daxil olan Meksika vətəndaşlarından adi elektron icazəyə əlavə olaraq, ya etibarlı Amerika vizası, ya da son 10 ildə alınmış Kanada vizası təqdim etməyi tələb edəcək. "Yuxarıda göstərilən tələblərə cavab verməyən meksikalılar Kanada vizası üçün müraciət etməlidirlər", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik Meksikanın qarşılıqlı prinsip əsasında cavab vermək hüququnu özündə saxladığını qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
303
50
ikisahil.az

10Mənbələr