AZ

Sejurne Makrona qarşı çıxdı: Ukrayna üçün ölməyəcəyik!

Fransa hərbi əməliyyatlarda iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Aktual.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.​
Sejurne bildirib ki, Paris Ukraynaya qoşun yeritməyəcək, çünki məqsədi Rusiya ilə müharibə aparmadan Moskvanın qalib gəlməsinin qarşısını almaqdır:
"Fransızlar Ukrayna üçün ölməyəcək”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.
Seçilən
98
26
aktual.az

10Mənbələr