Türkiyə Prezidenti: "Ukrayna ilə bağlı sülh ümidləri özünü doğrultmadı"
Bu gün Türkiyə Ukrayna-Rusiya müharibəsində ədalətli mövqe ortaya qoya bilən, dünyanın dörd bir tərəfi ilə münasibətləri qoruyan ölkədir.
Aktual.az-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə gələcəkdə də ədaləti qorumağa davam edəcək: "Dostlarımızın sayını artıracağıq. Dünyanın fərqli yerlərində baş verən toqquşmalar beynəlxalq sistemin işləksizliyini göstərir. Ukrayna ilə bağlı sülh ümidi təəssüf ki, özünü doğrultmadı. Buna səbəb sülh təşəbbüslərinə lazımi dəstəyin verilməməsidir”.