Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Brentford” – “Çelsi” oyununda qalib müəyyənləşməyib.
“Fulhem” doğma meydanda “Brayton”a, “Nyukasl” isə “Vulverhempton”a 3 cavabsız qolla qalib gəlib. “Tottenhem” də “Kristal Pelas”ı məğlub yola salıb.
Səfərdə “Nottingem Forest”lə qarşılaşan “Liverpul” bu dəfə çətin qələbəyə sevinib.
“Everton” – “Vest Hem” və “Luton Taun” – “Aston Villa” oyunları da qonaqların qələbəsiylə yekunlaşıb.
İngiltərə, Premyer Liqa
27-ci tur
2 mart
Brentford – Çelsi 2:2
Qollar: Rasmussen, 50. Vissa, 69 – N.Cekson, 35. Disasi, 83.
Everton – Vest Hem 1:3
Qollar: Beto, 56 – Zuma, 62. Souçek, 90+1. E.Alvares, 90+5.
Fulhem – Brayton 3:0
Qollar: H.Uilson, 21. Munis, 32. A.Traore, 90+1.
Nyukasl – Vulverhempton 3:0
Qollar: A.İsak, 14. Qordon, 33. Livramento, 90+2.
Nottingem Forest – Liverpul 0:1
Qol: Nunes, 90+9.
Tottenhem – Kristal Pelas 3:1
Qollar: Verner, 77. Romero, 80. Son, 88 – Eze, 59.
Luton Taun – Aston Villa 2:3
Qollar: Çonq, 66. Morris, 72 – Uotkins, 24; 38. Din, 89.
3 mart
17:00. Börnli – Bornmut
19:30. Mançester Siti – Mançester Yunayted
4 mart
00:00. Şeffild Yunayted – Arsenal