Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Trend xəbər verir ki, parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib.
Şahbaz Şərifin Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta