AZ

Binəqədidə qaz kəsildi

Bakının Binəqədi rayonunun böyük bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

 

Bildirilib ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb.

 

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Seçilən
89
27
senzor.az

10Mənbələr