AZ

Almaniya Rusiyanın nasisizm ittihamına cavab verdi

Moskvanın nasizm ittihamları absurddur.

NOCOMMENT.az xəbər verir ki, Almanya xarici işlər nazirliyinin sözçüsü Kristian Vaqnerin həmkarı Mariya Zaxarovaya cavabı belə olub.

Vaqner Almaniya ilə Rusiya münasibətlərindəki son vəziyyətdən də danışıb:

“Səfirimizin görüşü öncədən planlaşdırılmışdı. Bəzi hadisələrdən sonra xüsusi olaraq çağırılması kimi düşüncələr tamamilə yersizdir. İndi toplantıda danışılanların təfərrüatlarına girməyəcəyəm. Nasizm mövzusuna gəldikdə isə biz ilk dəfə deyil ki, bu sözləri eşidirik. Moskvanın söz seçimi bizi qətiyyən qorxutmur və ya narahat etmir. Edilən təhdidlər yersizdir. Əslində bu kəlimə ilə tam olaraq özlərini ifadə ediblər”.

Qeyd edək ki, Almaniyanın Moskvadaki səfiri Rusiya XİN-ə çağırılıb. Səbəbsə, Almaniya zabitlərinin Krım körpüsünə hücumla bağlı danışıqlarının səs yazısının yayılması olub.

Seçilən
79
6
nocomment.az

7Mənbələr