Fələstinin beynəlxalq müdafiəsini təmin etmək üçün səylər gücləndirilməlidir, xüsusilə, BMT-yə daimi üzvlüyün verilməsi və Fələstinin xüsusilə Qərb dövlətləri tərəfindən tanınması təmin edilməlidir...Poliqon xəbər verir ki, bunu Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib."Fələstinin beynəlxalq müdafiəsini təmin etmək üçün səyləri gücləndirmək lazımdır. Fələstinin BMT-də daimi üzvlüyünü istəyirik ki, bu, Təhlükəsizlik Şurasının qərarı ilə baş versin və xüsusən də Qərb dövlətləri Fələstini tanısın. Biz bu səylər kontekstində Türkiyənin roluna böyük əhəmiyyət veririk", deyə Abbas bildirib.Fələstin muxtariyyətinin prezidenti vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardıma icazə vermir, işğal etdiyi ərazilərdə vəhşi cinayətlər törədir, İordan çayının qərb sahilində və Qüdsdə müsəlman və xristianların müqəddəs yerlərinə hücum edir.Abbas həmçinin Fələstin xalqının Qəzza və ya İordan çayının qərb sahilindən deportasiyası ilə razılaşmadığını vurğulayıb."Qəzza Fələstin ərazisinin ayrılmaz hissəsidir. İşğalçı dövlətin planlarını qəbul etmək mümkün deyil. Qəzza və Qüdsü Fələstin dövlətindən və İordan çayının qərb sahilindən ayırmaq mümkün deyil. Sülh və təhlükəsizlik yalnız İsrail işğalı başa çatdıqdan sonra mümkündür. Fələstinin paytaxtı Şərqi Qüds olan bir dövlət olmaq hüququ var", deyə Fələstin lideri bildirib.Abbasın sözlərinə görə, hazırkı gərginlik zamanı 120 mindən çox fələstinli ölüb və ya yaralanıb, lakin İsrailin hücumları davam edir və yeni qurbanlar gətirir.Poliqon.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta