AZ

8 Martda xanımlara veriləcək hədiyyələr NECƏ SEÇİLMƏLİ? - MÜNASİBƏT BİLDİRİLDİ

"Məncə, 8 martda hədiyyə özəl olmalıdır, alınan hədiyyə şəxsinə aid, məxsusi olduğunu hiss etdirməlidir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Sosioloq bildirib ki, hədiyyə hədiyyə almaq xətrinə alınmamalıdır, məcburiyyətdən və ya başqa səbəbdən olmamalıdır: "Hədiyyə almaq könül işidir, qəlb işidir, bu içdən gəlir. Alan şəxs alacağı adamın ehtiyaclarına uyğun da hədiyyə ala bilər. Mən böyük hədiyyələrdən danışmıram. Şərt deyil hədiyyənin qiyməti baha olsun. Həcmdə böyük, qiymətdə kiçik də ola bilər, əksinə də. Hədiyyələşmək qarşılıqlı istək əsasında olmalıdır, kişidən daim hədiyyə gözləmək də normal deyil.

Məncə, dövrümüzdə ən yaxşı hədiyyə ehtiyacını ödəməkdir. Əgər bir insanın ehtiyacı A əşyasınadırsa və sən bunu bilirsənsə, ona B əşyasını almaq doğru deyil. Eyni dəyərdə olan, amma ehtiyacı olan əşyanı almaq daha doğru olar. Bir halda ki, o hədiyyəyə pul xərclənəcək, niyə də ehtiyac olan şeyə xərclənməsin o məbləğ? Amma bütün hallarda gül xanımların imtina edə bilməyəcəyi hədiyyədir. Bütün xanımlar gülü sevir və onların qəlbini fəth eləmək üçün bir dəstə nərgizgülü kifayətdir. Hədiyyənin nə olduğu vacib deyil, əsas olan diqqətdir və qadınlar bu diqqəti görmək istəyirlər".

Müəllif: Söylü Ağazadə
Seçilən
236
16
sia.az

10Mənbələr