AZ

Qəzzada İNSAN TƏLƏFATI: Ölənlərin sayı 31 minə çatır

İsraillə Fələstin arasında Qəzza zolağında baş verən qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 30 800 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki,bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların ümumi sayı 72 298 nəfərə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.  

Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.  

Bizim.Media
 

Seçilən
200
5
bizim.media

10Mənbələr