AZ

Britaniyada avtomobil Bukinqem sarayının darvazasına çırpılıb, sürücü saxlanılıb

London polisi martın 10-na keçən gecə kral III Çarlzın iqamətgahı olan Bukinqem sarayının darvazalarına çırpılan avtomobilin sürücüsünü saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Skotland-Yard məlumat yayıb.

"Polis əməkdaşları maddi ziyan vurmaqda şübhəli bilinən şəxsi hadisə yerində saxlayıblar. O, xəstəxanaya aparılıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır", - məlumatda deyilir.


BiG.Az
Seçilən
309
3
big.az

10Mənbələr