Aktual.az xəbər verir ki, layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını
və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə
tanıtmaq və gənclərimizdə müasir qəhrəman obrazları yaratmaqdır.
Layihənin icrası zamanı 3 qısametrajlı
filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli
rayonunun Qaraxanbəyli, Mahmudlu-2, Kərimbəyli, Alxanlı kəndlərinə səfərlər təşkil
etmiş və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişləri
həyata keçirmişdir. Çəkilişlərdə Xüsusi Təyinatlı Quvvələri döyüşçülərin - Həsənov Vüsal Oktay oğlu, Həsənov Şiraz Elburus
oğlu, Həsənov İbrahim Məzahir oğlunun döyüş yolları, həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən
müharibəsi zamanı həyata keçirilən əməliyyat və döyüşlər, azad olunmuş ərazilər
və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır.
Layihənin yekunu olaraq 01 mart
2024-cü il tarixində Horadiz şəhəri Füzuli Dövlət Dram Teatrında Füzuli Rayon İcra Hakimiyyətinin başçı aparatının "Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil”i şöbəsinin müdiri
Misirli Hafiz çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı
rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və
qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb.
"Bakı Gənclər Klubu” ictimai birliyin sədri Azər
Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik
tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində
aparır.
Daha sonra
Birinci Qarabağ müharibəsi qazisi Azərbaycan Bayrağı ordenli İsmayılov Sevindik
çıxış edərək, Vətən müharibəsində dövlətimizin, xalqımızın, ordumuzun birliyini
xüsusilə vurğuladı və çıxışının davamında şəhid ailələrinə, qazilərə, veteranlara
göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab prezident İlham Əliyevə
öz dərin minnətdarlığını bildirdi.
Tədbirın sonunda layihənin yekunu
olaraq hazırlanmış 3 qısametrajlı 10-15 dəqiqə arası filmlərin təqdimatı
keçirilmişdir.
"Bakı
Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il
Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər
Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası
(ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və "Azərbaycan Kiber
İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.





